ABŞ-də Corciya Universitetinin tələbəsi Kristin Sarcent binanın 8-ci mərtəbəsindəki pəncərədən yıxılaraq təxminən 20 metr aşağı düşüb.
Hadisə gənc qadının dostları ilə birlikdə əyləndiyi mənzildə baş verib.
Belə ki, iddialara görə, K.Sarcent mahnı sədaları altında rəqs edərkən geriyə doğru hərəkət edib və 8-ci mərtəbənin pəncərəsindən aşağı düşüb.
Bildirilir ki, həmin vaxt spirtli içki qəbul edən tələbə mebellərin üzərində rəqs edirmiş. Təxminən 20 metr hündürlükdən yıxılan gənc qadın yerə düşərkən metal skamyaya çırpılıb. Skamyanın zərbənin təsirini müəyyən qədər azaltmış ola biləcəyi ehtimal edilir.
Hadisə nəticəsində onun ayağında ciddi sınıq, həmçinin döş qəfəsi nahiyəsində xəsarətlər yaranıb. Buna baxmayaraq, o, sağ qalıb.