9 ayda yol qəzalarında 640 nəfər yaralanıb
2026-cı ilin yanvar-sentyabr aylarında 838 və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz az yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Məlumata görə, hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 9,8 faiz azalaraq 1140 nəfər olub. Onlardan 500 nəfər həlak olub, 640 nəfər isə yaralanıb. Hadisələrin 41,8 faizi gecə, 40,4 faizi gündüz, 17,8 faizi isə toran vaxtı baş verib. Yol-nəqliyyat hadisələrinin 34,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 82,9 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,3 faiz azalaraq 345 nəfər, yaralananların sayı isə 16,5 faiz azalaraq 591 nəfər olub.