Bakı, 17 noyabr, AZƏRTAC Özbəkistanın paytaxtı Daşkənd payızın son günlərində qızılı rənglərə bürünüb. Ağaclardan tökülən sarı yarpaqlar və günəş şüalarının yaratdığı mənzərələr şəhərə xüsusi gözəllik qatır.AZƏRTAC xəbər verir ki, Özbəkistanın Milli İnformasiya Agentliyi (UZA) Daşkəndin payız mənzərələrini əks etdirən fotolar yayıb. Fotolarda şəhərin küçə və parklarında payızın rəngarəng çalarları, ağacların qızılı yarpaqları və füsunkar təbiət mənzərələri əks olunub.