Siyəzəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xanqulu Ağayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil Mehrac Bayramovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində Xanqulu Ağayev xəsarət alaraq Siyəzən Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb. (Apa.az)