ABŞ Yaxın Şərqə daha bir nəhəng hərbi qüvvə göndərdi

ABŞ Hərbi Dəniz Qüvvələrinin üçüncü təyyarədaşıyan gəmisi – “USS Theodore Roosevelt” Yaxın Şərqə çatıb. Bununla da Vaşinqtonun regiondakı hərbi-dəniz qüvvələrinin sayı artıb.

“Associated Press”ə istinadən, gəminin bölgəyə gəldiyini ABŞ rəsmisi təsdiqləyib. Təyyarədaşıyan gəmi minlərlə əlavə hərbçini də regiona gətirib.

Hazırda Ərəbistan dənizində ABŞ-ın üç təyyarədaşıyan gəmisi, 13 esminesi, iki kreyseri və bir sahil döyüş gəmisi yerləşir. “Theodore Roosevelt” bölgədəki “USS George H.W. Bush” və “USS George Washington” gəmilərinə qoşulub.

Qeyd edək ki, bu addım ABŞ Prezidenti Donald Trampın İrana qarşı növbəti hərbi addımlarla bağlı müxtəlif ssenariləri nəzərdən keçirdiyi, Vaşinqtonla Tehran arasında gərginliyin davam etdiyi vaxta təsadüf edir.