Ukrayna prezidenti Rusiyanın fiziki şəxslərinə qarşı əlavə sanksiyalar tətbiq edib

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın fiziki şəxslərinə qarşı növbəti sanksiyaların tətbiq edilməsi barədə fərmanlar imzalayıb.

Müvafiq fərmanlar Zelenskinin saytında dərc olunub.

Sənədlərə əsasən, sanksiyalar altı fiziki şəxsə, o cümlədən Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin rəhbər müavini Valentin Kazakova və Rusiya DİN-in Krasnodar diyarı üzrə Baş İdarəsinin rəisi Oleq Aqarkova şamil edilib.

Bundan əlavə, sanksiya siyahısına yeddi gəmi daxil edilib.

Sanksiyalar 10 il müddətinə tətbiq olunub.