Bakı, 16 noyabr, AZƏRTAC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilib. AZƏRTAC xəbər verir ki, "Gülüstan” sarayında təşkil olunan və iki gün davam edəcək tədbirin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, digər dövlət qurumlarının rəsmiləri, deputatlar, peşə və ali təhsil müəssisələrinin, nazirlik yanında İctimai şuranın üzvləri, işəgötürənlər, xarici ekspertlər, təhsil mütəxəssisləri, məzunlar, həssas qruplarla iş üzrə mütəxəssislər iştirak ediblər. “Gələcəyin əmək bazarı – innovasiyadan məşğulluğa” devizi ilə keçirilən tədbirin əsas məqsədi innovasiya, rəqəmsallaşma və süni intellektin əmək bazarına təsirini müzakirə etmək, elm, təhsil və əmək bazarı arasında əlaqəni gücləndirməkdir. Eyni zamanda, işəgötürənlər, tələbələr və məzunlar arasında əlaqələrin qurulması üçün platforma yaratmaq, həssas qrupların məşğulluq imkanlarını genişləndirmək və peşə hazırlığı sahəsində yeni yanaşmaları müzakirə etmək də forumun əsas hədəfləridir. Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev müasir dövrdə əmək bazarında baş verən dəyişikliklərin məşğulluq siyasətinin yeni çağırışlara uyğunlaşdırılmasını zəruri etdiyini vurğulayıb. O bildirib ki, rəqəmsallaşma, texnoloji yeniliklər və süni intellekt əmək münasibətlərinə, peşələrə və işəgötürənlərin tələblərinə ciddi təsir göstərir. Bu baxımdan dövlət qurumları, təhsil müəssisələri, işəgötürənlər və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Milli Məşğulluq Forumu da müvafiq mövzuda təcrübə və fikir mübadilələrinin aparılması, yeni əməkdaşlıqların qurulması və gələcəyin əmək bazarına dair yanaşmaların müəyyən edilməsi baxımından önəmli platformadır. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov bildirib ki, süni intellekt, rəqəmsallaşma əmək bazarını, peşələrin məzmununu və insan kapitalına olan tələbləri də sürətlə dəyişir: "Bu baxımdan dövlət siyasətinin əsas istiqamətlərindən biri məhz insan kapitalının inkişafıdır. Rəqəmsal İnkişaf Konsepsiyası, 2025-2028-ci illər üçün süni intellekt Strategiyası, eləcə də rəqəmsal inkişafın sürətlənməsinə dair 2026-2028-ci illər üzrə Fəaliyyət Planı ölkəmizdə rəqəmsal transformasiyanın sürətləndirilməsi, innovativ texnologiyaların tətbiqi və insan kapitalının inkişafı üçün mühüm rola malikdir". Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bu forumun “Gələcəyin əmək bazarı – innovasiyadan məşğulluğa” devizinin kənd təsərrüfatı sahəsi üçün də əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu gün aqrar sektorda innovativ yanaşmaların tətbiqi, rəqəmsal texnologiyalardan və müasir istehsal üsullarından istifadə əmək bazarında yeni imkanlar yaradır. Aqrar sahənin dayanıqlı inkişafı üçün müasir bilik və bacarıqlara malik kadrların hazırlanması, gənclərin bu sahəyə marağının artırılması və əmək bazarının tələblərinə uyğun peşə hazırlığı xüsusi önəm daşıyır. Milli Məclisin deputatı Aydın Mirzəzadə forumun keçirilməsini yüksək qiymətləndirib, süni intellektin və informasiya texnologiyalarının inkişafının əmək bazarında yeni çağırışlar yaratdığını vurğulayıb. Bildirib ki, bu şəraitdə yalnız əmək bazarının tələblərinə uyğun kadr hazırlığı deyil, həm də gələcəkdə yeni iş yerləri yaratmaq bacarığının formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Forum çərçivəsində “Müasir əmək bazarı: rəqəmsallaşma, innovativ təhsil, dayanıqlı məşğulluq” və “Süni intellekt və əmək bazarı: işlər yox olur, yoxsa dəyişir?” mövzularında yerli və xarici spikerlərin iştirakı ilə panel müzakirələri təşkil olunub. Bununla yanaşı, “Karyera inkişafına süni intellektin təsiri” və “İmkanları fürsətlərə çevir – həssas qruplarla iş” mövzularında vörkşoplar keçirilib. Qeyd edək ki, tədbirin ikinci günündə əmək bazarının aktual məsələlərinə dair yerli və xarici ekspertlərin iştirakı ilə müzakirələr təşkil olunacaq. Həmçinin gənclər və işəgötürənlərin iştirakı ilə “İstedadlar Sərgisi” keçiriləcək. Müxbir- Günel Türksoy Fotoqraf- Səfiyar Məcnun Videooperator- Namiq Abdullayev
Bu gün
3409 xəbər bu gün
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi növbəti xidməti avtomobilləri almağa hazırlaşır. Tribuna.az xəbər…
İraq və İordaniyada “Telegram” messencerinə giriş bloklanıb. Xarici mediaya istinadən, İraq rəhbərliyi məşhur messencerin qayda pozuntularını…
“Blue Residence” yaşayış kompleksinin rəhbərliyi sakinlərin su sızması ilə bağlı şikayətlərinə altı aydır reaksiya verməməkdə ittiham olunur. Tribuna.az xəbər verir…
“Gələn ildən etibarən “Vergi Məcəlləsində” bir sıra dəyişikliklər nəzərdə tutulub. Bu ilin son günü, həmçinin bir sıra güzəştlərin müddəti başa…
Təhvil verdikləri pambığın pulunu ala bilməyən Salyan, Sabirabad, Neftçala fermerləri etiraza qalxıb. Fermerlər bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyinin qarşısına toplaşıb.…
Xızı rayon İcra Hakimiyyətində görüş zamanı başçı Xəzər Aslanovla şəhid atası arasında mübahisə yaşanıb. Görüş zamanı…
Paşinyan dekabrda üç dəfə Moskvaya gedəcək. Bunu erməni baş nazir özü açıqlayıb. O, 3,11 və 21 dekabr tarixlərində Rusiyada olacaq.…
Tanınmış memar Elçin Əliyev Bakının mərkəzində yerləşən restoranlara Türkiyənin əyalət adlarının verilməsinə və sözlərin türkcə yazlımasına etirazını bildirib. Tribuna.az xəbər…
Bakının Binəqədi rayonunda yerləşən “Kişmiş” restoranında yanğın baş verib. Hadisə Atatürk prospektində qeydə alınıb. Yanğınla əlaqədar…
Misli Premyer Liqasının XII turunda keçiriləcək “Kəpəz” – “Qarabağ” qarşılaşmasının biletləri satışa çıxarılıb
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukrayna məsələsində mövqeyini yumşaltdığını və müəyyən güzəştlərə getdiyini bildirib
ABŞ Prezidenti Donald Tramp Çinə səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini təsdiqləyib
Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarını intensivləşdirməsi qarşıdan gələn qış mövsümündə ölkədə nüvə qəzası riskini artırır
2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib
ABŞ Prezidenti Donald Tramp İranın ABŞ və müttəfiqlərinə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumlarının böyük əksəriyyətinin qarşısının alındığını bildirib
Rusiya Prezidenti Vladimir Putin APEC sammitində iştirak etmək üçün 18-19 noyabr tarixlərində Çinin Şençjen şəhərinə səfər edəcək
16 noyabr tarixində Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 30-cu iclasında Azərbaycan Respublikasının xarici işlər nazirinin…
Çində Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında ikitərəfli görüş keçirmək məsələsi nəzərdən keçirilir
16 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Krallığın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Ed Milibənd arasında telefon danışığı baş tutub
Moskvada Ukraynanın keçmiş Baş naziri Nikolay Azarovun sabiq köməkçisi Serqey Zavоrоtnının avtomobilinin partladılması işi üzrə 21 yaşlı qadın saxlanılıb
Azərbaycan son illərdə iqtisadi potensialını gücləndirmək, maliyyə müstəqilliyini möhkəmləndirmək və əhalinin rifahının yüksəldilməsi üçün dayanıqlı zəmin yaratmaq istiqamətində mühüm nəticələr əldə edib. Ölkənin öz…
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın görüşəcəyini bildirib. TASS-ın məlumatına görə, o, bu barədə brifinq zamanı…
ABŞ Prezidenti Donald Tramp İranın ABŞ qüvvələrinə qarşı həyata keçirdiyi raket və dron hücumlarının böyük əksəriyyətinin qarşısının alındığını bildirib. O, bu barədə “Truth Social”…
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycanı Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına və təşkilatın Radio Tənzimləmə Komitəsinə seçilməsi münasibətilə təbrik edib.
ABŞ Prezidenti Donald Tramp Çinə səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini təsdiqləyib. Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb. O, Şimali Koreya lideri Kim Çen Inla ayrıca görüşün…
Gəncədə 42 yaşlı kişi yaşayış binasından yıxılıb.
Bu qış Ukraynada nüvə qəzası riski Rusiyanın ölkənin enerji infrastrukturuna davam edən hücumları səbəbindən artır. Bu barədə "Reuters" agentliyinin tanış olduğu 38 ölkənin nüvə təhlükəsizliyi orqanları nümayəndələrinin…
ABŞ Prezidenti Donald Tramp "60 Minutes" proqramını İranın zərbələrinin dəf edilməsi zamanı ABŞ-nin hava hücumundan müdafiə sisteminin effektivliyini düzgün işıqlandırmamaqda ittiham edib. O, bu barədə "Truth Social"…
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşmək imkanını istisna etmədiyini bildirib. O, bu barədə Ağ evi tərk edərək Alyaskaya yola düşərkən jurnalistlərə bildirib. Bununla belə, Tramp Kim Çen…
ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin ikitərəfli görüşünə hazırlıq müzakirə olunur. Rusiya mediasına istinadən, bu barədə ölkə Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə…
Bakı, 16 noyabr, AZƏRTAC “Avropa Siyasi Birliyi”nin Dublində keçirilən IX sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də Cənubi Qafqazda sülh…
Bakı, 16 noyabr, AZƏRTAC Noyabrın 16-da Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 30-cu iclasında Azərbaycanın xarici işlər nazirinin…
Bakı, 16 noyabr, AZƏRTAC “Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun inkişafı, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının genişləndirilməsi, eləcə də regionda davamlı…
Bakı, 16 noyabr, AZƏRTAC2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin zəngin memarlıq irsinin, tarixi abidələrinin qorunması və təbliği məsələlərini bir daha diqqət mərkəzinə gətirir. Bu məqsədlə…
Naxçıvan, 16 noyabr, AZƏRTAC Naxçıvan Muxtar Respublikasında noyabrın 16-dək 13.427,7 hektar sahədə dən üçün payızlıq taxıl səpilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 91,9 faiz çoxdur.Naxçıvan Muxtar…
Bakı, 16 noyabr, AZƏRTAC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilib. AZƏRTAC xəbər verir ki, "Gülüstan”…
ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin ikitərəfli görüşünə hazırlıq müzakirə olunur. Rusiya mediasına istinadən, bu barədə ölkə Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.…
2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. Bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur…
İraqın Media və Kommunikasiya Komissiyası hökumət rəhbərinin göstərişinə uyğun olaraq, milli təhlükəsizliyin qorunması və qeyri-qanuni məzmunla mübarizə çərçivəsində ölkədə "Telegram"a girişin məhdudlaşdırılması barədə…
Fransa hərbçiləri bir neçə aydır ki, Ukraynada gizli şəkildə yerləşdirilib, ukraynalı əsgərlərə təlim keçir və hərbi texnikaya texniki xidmət göstərir. Bunu RFI radiosu öz mənbələrinə...
Bakıda bəzi yaşayış binalarının həyətində qəribə mənzərə yaranıb. İnsanlar mənzil almaq, rahat yaşamaq üçün illərlə pul toplayır, amma sonda evlərinin pəncərəsi zibil konteynerinə açılır. Yayda üfunət, qışda palçıq və…
Ağdam Dövlət Dram Teatrına ağır itki üz verib.
Qanlı Gölün yeni həyatı: “Kristal” göl ətrafını müasir istirahət məkanına çevirəcək. Bakının Yasamal rayonunda yerləşən Qanlı gölün ətrafında genişmiqyaslı abadlaşdırma və yenidənqurma layihəsinin icrasına başlanılıb…
“Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Vladimir Putinlə Donald Tramp arasında ikitərəfli görüşün keçirilməsi də nəzərdən keçirilir”. Bunu Rusiya Prezidentinin köməkçisi Yuri…
"Kristal Pelas"ın yeni baş məşqçisi müəyyənləşib. Bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb. Komandanı Danimarkalı mütəxəssis Tomas Frank çalışdıracaq. London klubu 52 yaşlı məşqçi ilə razılığa gəlib. Frankın…
2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Qeyd edilib ki, müsabiqədə müəyyən edilmiş…
Niderlandda həbsxanalarda yer çatışmazlığı ilə əlaqədar bəzi məhkumların cəza müddəti başa çatmamış azadlığa buraxılması qərara alınıb. Yeni tədbir çərçivəsində həbs müddəti maksimum dörd həftə azaldıla bilər. Modern.az…
2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib.Bu barədə Oxu24.com MÜTDA-dan məlumat verilib.Məlumata görə, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur…