Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq - PROQNOZ

Noyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı ərazilərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur. Səhər saatlarında yağış tədricən kəsiləcək, gündüz isə hava əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Havanın temperaturu gecə 7-9, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz isə 60-65% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı hava şəraiti gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi və şimşək çaxacağı gözlənilir. Axşam saatlarında yağıntılar əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi gecə və səhər saatlarında bəzi ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 14-17 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 3-7, gündüz isə 0-3 dərəcə şaxta gözlənilir.