Azərbaycan Fələstin məsələsinə münasibətdə hər zaman həmrəylik nümayiş etdirərək bu problemin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.
Bu barədə Prezident İlham Əliyevin Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda bildirilib.
"Biz bundan sonra da qardaş Fələstin xalqına humanitar dəstək göstərməyə davam edəcəyik", – deyə dövlət başçısı vurğulayıb.