Xarici işlər nazirinin müavini, Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Məmmədov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Nazirlər Şurasının 30-cu iclasında iştirak etmək üçün İslamabada səfər edib.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Elnur Məmmədov İslamabad Beynəlxalq Hava Limanında Pakistan Xarici İşlər Nazirliyinin əməkdaşları tərəfindən qarşılanıb.