İsrail Qəzzada HƏMAS-ın hərbi qanadının komandirinə zərbə endirib

İsrail Müdafiə Ordusu (SAXAL) və Ümumi Təhlükəsizlik Xidməti (Şin Bet) "HƏMAS" hərəkatının hərbi qanadının komandirlərindən birini zərərsizləşdirmək məqsədilə Qəzza zolağına zərbə endirib.

Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Hədəf HƏMAS-ın Xan Yunis bölməsinin komandiri Samir Əbu Yunis olub.

İsrailin müdafiə naziri İsrael Kats onun həlak olmuş ola biləcəyini istisna etməyib.

Bazar gününə keçən gecə HƏMAS-ın hərbi qanadı – “İzzəddin əl-Qəssam briqadaları” isə hərəkatın bu komandirinin Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində həlak olduğunu açıqlayıb.