SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreyndəki helikopter bazasının hava hücumundan müdafiə radarına altı PUA ilə hücum edib.

SEPAH-ın Aerokosmik Qüvvələrinə məxsus altı PUA radar qurğusuna zərbə endirib.

PUA-ların hədəflərə dəqiq zərbələr endirdiyi və partlayış səslərinin Bəhreynin müxtəlif ərazilərində eşidildiyi iddia olunub.

SEPAH həmçinin ABŞ-nin Hörmüz boğazında neft daşımalarını müşayiət etmək adı altında həyata keçirdiyi əməliyyatın uğursuzluğa düçar olduğunu bəyan edib.

SEPAH-ın bəyanatında Hörmüz boğazının bağlı olduğu vurğulanıb və ABŞ-nin istənilən hərbi müdaxiləsinə daha sərt cavab veriləcəyi bildirilib.