İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreyndə yerləşən helikopter bazasının hava hücumundan müdafiə radarının altı pilotsuz uçuş aparatı ilə hədəfə alındığını açıqlayıb.
Bu barədə "Fars" agentliyi məlumat yayıb.
SEPAH-ın Aerokosmik Qüvvələrinə məxsus altı PUA-nın radar qurğusuna zərbə endirdiyi bildirilir. Agentliyin məlumatına görə, hücum zamanı partlayış səsləri Bəhreynin müxtəlif ərazilərində eşidilib.
SEPAH, həmçinin ABŞ-nin Hörmüz boğazında neft daşımalarını müşayiət etmək məqsədilə həyata keçirdiyi əməliyyatın uğursuz olduğunu iddia edib.
Qurumun bəyanatında Hörmüz boğazının bağlı olduğu vurğulanıb və ABŞ-nin hər hansı hərbi müdaxiləsinə daha sərt cavab veriləcəyi bildirilib.