Səudiyyə Ərəbistanı səmasında husilərin raket və PUA-ları vuruldu

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılmış iki ballistik raketi və ölkənin şərqində iki pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.

Bu barədə koalisiyanın rəsmisi Türki əl-Maliki “X” sosial şəbəkəsində məlumat yayıb.

“HHM qüvvələri husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılmış iki ballistik raketi ələ keçirərək məhv edib”, – bəyanatda deyilir.

Bundan qısa müddət əvvəl Səudiyyə paytaxtında hava həyəcanı elan edib.

Bundan başqa, koalisiya krallığın şərq hissəsində iki PUA-nın məhv edildiyini bildirib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.