İranın İlam vilayətində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 19 nəfər yaralanıb.
Bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur “X” sosial şəbəkəsində bildirib.
Hadisə Dəşt-Abbas–Mormuri avtomobil yolunda baş verib.
İlkin məlumata əsasən, qəza nəticəsində yaralanan 19 nəfər xəstəxanaya yerləşdirilib.
İlam vilayətinin Qızıl Aypara Cəmiyyəti daha əvvəl IRIB-ə açıqlamasında hadisə nəticəsində azı 5 nəfərin öldüyünü, 17 nəfərin yaralandığını bildirmişdi. Sonradan ölən və yaralananların sayı ilə bağlı məlumat yenilənib.
İran Səhiyyə Nazirliyinin rəsmisi yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında sürücülərin məsuliyyətli davranmasının vacibliyini vurğulayıb.
Qəzanın dəqiq səbəbi barədə hələlik məlumat verilməyib.