Avropa nümayəndələri Moskva ilə hələlik əlaqə saxlamayıb - Peskov

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa ölkələri tərəfindən təyin olunmuş nümayəndələrin indiyədək Moskva ilə hər hansı təmas qurmadığını bildirib.

O, bunu TASS agentliyinin müvafiq sualını cavablandırarkən deyib.

Qeyd edək ki, "France-Presse" (AFP) agentliyinin məlumatına görə, Avropa İttifaqı (Aİ) liderləri Dublində keçirilən sammitdə Rusiya ilə ekspert səviyyəsində danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini razılaşdırıblar.

Nümayəndə heyətinə Avropa Komissiyası, Aİ Şurası, Almaniya, Fransa, İtaliya və Polşanın, həmçinin ittifaqın üzvü olmayan Böyük Britaniyanın təmsilçiləri daxil edilib.