Bakı, 15 noyabr, AZƏRTAC Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası paytaxt Ər-Riyad istiqamətində atılan iki ballistik raketi havada zərərsizləşdirib.AZƏRTAC xəbər verir ki, koalisiya sözçüsünün "X" sosial şəbəkəsində yaydığı bəyanatda deyilir: "Hava hücumundan müdafiə qüvvələri husilər tərəfindən Ər-Riyada doğru atılan iki ballistik raketi ələ keçirərək məhv edib".Hadisədən bir qədər əvvəl Ər-Riyadda hava həyəcanı siqnalının verildiyi barədə məlumatlar yayılmışdı.Bundan əlavə, koalisiya rəsmisi noyabrın 15-də Səudiyyə Ərəbistanının şərqində daha iki pilotsuz uçuş aparatının (PUA) ələ keçirilərək məhv edildiyini açıqlayıb.