İranın İlam vilayətində Mormuri–Dəşt Abbas avtomobil yolunda sərnişin avtobusunun aşması nəticəsində ölən və yaralananlar var.
Bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur "X" sosial şəbəkəsində məlumat verib.
İlkin məlumatlara əsasən, qəza nəticəsində 11 nəfər həlak olub, 19 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı yayılan açıqlamada yol-nəqliyyat hadisələrinin qarşısının alınmasının hər kəsin məsuliyyəti olduğu qeyd edilib. Həmçinin sürücülərin hər zaman özlərini düzgün idarə etdiklərinə əmin olmalarının yol təhlükəsizliyi baxımından ciddi problemlərdən biri olduğu vurğulanıb.