Münaqişənin həlli üzrə aparılan danışıqlarda iştirakı nəzərdə tutulan Avropa tərəfindən seçilmiş nümayəndələr hələlik Rusiya ilə əlaqə saxlamağa cəhd etməyiblər.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.
Qeyd edək ki, Dublin sammitində Aİ liderləri Rusiya ilə danışıqlarda iştirak edəcək nümayəndə heyəti barədə razılığa gəliblər. Bu heyətə Avropa Komissiyası, Aİ Şurası, Almaniya, Fransa, İtaliya və Polşanın, eləcə də Avropa İttifaqının üzvü olmayan Böyük Britaniyanın nümayəndələri daxildir.