Suriyada güclü partlayış baş verib

Suriyanın Cərmana şəhərində bomba qoyulmuş avtomobil partlayıb.

ONN media xəbər verir ki, bu barədə "Əl-İxbariyyə" məlumat yayıb.

Bildirilib ki, nəticədə 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Hadisə yerinə mülki müdafiə qüvvələri cəlb edilib. Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil