Bakıda Azərbaycan Tibb Universitetinin (ATU) 17 yaşlı tələbəsi yataqxanada ölüb.Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, noyabrın 14-də saat 15:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu ərazisində yerləşən ATU-nun yataqxanasından çağırış daxil olub.
Ünvana göndərilən təcili tibbi yardım briqadası bir nəfər qadının həkiməqədər ölüm faktını qeydə alıb.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
Bakıda Azərbaycan Tibb Universitetinin (ATU) 17 yaşlı tələbəsi yataqxanada ölü tapılıb.
APA xəbər verir ki, hadisə universitetin tələbə yataqxanasında baş verib.
İlkin məlumata görə, ATU-nun Müalicə-profilaktika fakültəsinin birinci kurs tələbəsi Elvira Eyyubova yaşadığı yataqxananın hamam otağında buxardan boğularaq ölüb.
Onun meyitini birlikdə yaşadığı bacısı aşkarlayıb.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.