COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığının təmin edilməsi üçün ədalətli və inklüziv texnologiyaların inkişafı" mövzusunda panel müzakirələri keçirilib.