"İlham Əliyevlə görüşdən sonra..." - Paşinyandan ilginc açıqlama

“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra iki ölkə arasında möhkəm və yekun sülhün bərqərar olmasını tamamilə real perspektiv hesab edirəm”.

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

"Hazırda bizim möhkəm, yekun, daimi və etibarlı sülh yaratmaq üçün çox real və tarixi şansımız var. Bu fürsətdən istifadə etməmək bağışlanılmaz olardı", - deyə Paşinyan noyabrın 13-də Dublin Beynəlxalq və Avropa İşləri İnstitutunun ekspertləri ilə görüşündə bildirib.