Niderland milli komandasının heyətində ciddi itki baş verib.
Frenki de Yonq sıradan çıxıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
"Barselona"nın yarımmüdafiəçisi UEFA Millətlər Liqasının 5-ci turunun Yunanıstanla matçında (7:0) zədələnib. 29 yaşlı futbolçu yığmanın heyətindən kənarlaşdırılıb.
Qeyd edək ki, Niderland seçməsi növbəti oyununu səfərdə Almaniyaya qarşı keçirəcək. Matç 16 noyabr tarixində baş tutacaq.