İranda aşan avtobusda 11 nəfər ölüb, 19 nəfər yaralanıb – Yenilənib

İranın İlam vilayətinin Dəşt-Abbas-Mormuri Abbas avtomobil yolunda sərnişin avtobusu aşıb, ölən və yaralananlar var.

Bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur "X" sosial şəbəkəsində bildirib.

İlkin məlumata görə, qəza nəticəsində 11 nəfər həyatını itirib, 19 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı yayılan açıqlamada yol-nəqliyyat hadisələrinin qarşısının alınmasının hər kəsin məsuliyyəti olduğu vurğulanıb. Bildirilib ki, sürücülərin avtomobili hər zaman düzgün idarə etdiklərini düşünmələri də yol təhlükəsizliyi baxımından ciddi problemdir.

İranın Dəşt-Abbas-Mormuri avtomobil yolunda sərnişin avtobusu aşıb, ölən və yaralananlar var.

IRIB-yə istinadən, bu barədə İlam vilayətinin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

"Qəza nəticəsində 17 nəfər yaralanıb, azı 5 nəfər həyatını itirib", - məlumatda bildirilib.