“Meta” 805 milyon avro cərimələndi – Səbəb

İtaliyada “Meta” şirkəti “Android” istifadəçilərinin razılığı olmadan onların foto və videolarına daxil olduğuna görə 805 milyon avro cərimələnib.

Bu barədə “Reuters” agentliyi İtaliyanın Şəxsi Məlumatların Mühafizəsi İdarəsinin açıqlamasına istinadən məlumat yayıb.

Məlumata görə, araşdırma zamanı şirkətin istifadəçilərə məlumat vermədən və onların razılığını almadan şəxsi foto və videolarına giriş əldə etdiyi müəyyənləşdirilib.

Qeyd edək ki, bundan əvvəl “Meta”nın qurucusu Mark Zukerberq süni intellekt üzərində monopoliyanın cəmiyyət üçün əsas təhlükələrdən biri olduğunu bildirmişdi.