Bitcoinin qiyməti 66 min dollardan aşağı düşdü

“Binance” kriptobirjasında ən böyük kriptovalyuta 65 911,97 dollara satılıb. Bu, bir gün ərzində 3,91 faiz ucuzlaşma deməkdir. Sonuncu dəfə bitkoinin qiyməti avqustun 18-də bu həddən aşağı düşmüşdü.

Yay aylarında bitcoinin qiyməti təxminən 65 min dollar təşkil etsə də, sentyabrın sonunda 87 min dollara qədər yüksəlmişdi. Lakin kriptovalyuta qazandığı mövqeləri qoruyub saxlaya bilməyib və hazırda demək olar ki, yaydakı qiymət səviyyəsinə qayıdıb.

Kriptovalyuta bazarındakı eniş Amerika texnologiya şirkətlərinin səhmlərinin kütləvi satışa çıxarılması ilə eyni vaxta təsadüf edib. “Nvidia” şirkətinin baş direktoru Censen Huangın vəzifəsindən ayrılacağı barədə məlumatlar fonunda bazarlardakı mənfi əhval-ruhiyyə daha da güclənib. Noyabrın 12-də ABŞ-da birja ticarətinin başlaması ilə çip istehsalçısının səhmləri təxminən 14 faiz ucuzlaşıb.