Körfəz ölkələri İrandan bölgədəki hücumlar nəticəsində dəymiş zərərin kompensasiya edilməsini tələb edib.
Xarici KİV-ə istinadən, Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budeyvi BMT Təhlükəsizlik Şurasını Tehranın dəymiş zərəri ödəməsini tələb etməyə çağırıb.
Təşkilatın məlumatına görə, fevralın 28-dən etibarən İran bölgə ölkələrinə 7 mindən çox raket və pilotsuz uçuş aparatı göndərib.