Hindistan və Ermənistan XİN rəhbərləri görüşdü

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Ermənistanın Baş naziri Nikol Paşinyanla Dehlidə görüşüb.

Cayşankar bu barədə “X” hesabında paylaşım edib.

O bildirib ki, tərəflər iqtisadiyyat, təhlükəsizlik, mədəniyyət və xalqlar arasında əlaqələrin inkişafını müzakirə ediblər. Görüşdə, həmçinin regiondakı son hadisələr, Körfəz regionu və Ukraynadakı münaqişələr ətrafında fikir mübadiləsi aparılıb.