Türkiyəli gənc diplomat Azərbaycan Prezidenti İlham Əliyevə iqlim dəyişikliyi ilə bağlı maraqlı sual ünvanlayıb.
O, dövlət başçısından “Dünyanın prezidenti olsaydınız, iqlim dəyişikliyi ilə bağlı nəyi dəyişərdiniz?” deyə soruşub.
Prezident İlham Əliyev suala belə cavab verib:
“Mən hər bir ölkə rəhbərinə iqlim dəyişikliyi məsələsinə məsuliyyətlə yanaşmağı və planetimizi qorumaq üçün əlindən gələni etməyi tövsiyə edərdim”.