“Ukrayna qoşunlarını bu ərazilərdən çıxarmalıdır”

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson Ukraynada münaqişənin başa çatması üçün Kiyevin Rusiya ərazisi hesab etdiyi bölgələrdən qoşunlarını çıxarmalı olduğunu bildirib.

Sfera.az bildirir ki, onun sözlərini RİA Novosti yayıb.

Consonun fikrincə, müharibənin daha tez başa çatmasını istəyirsə, Ukrayna Silahlı Qüvvələri Rusiya nəzarətində olan əraziləri dərhal tərk etməli və Moskvanın şərtləri əsasında danışıqları davam etdirməlidir.

Analitik qeyd edib ki, əks halda münaqişə yaxın gələcəkdə də davam edəcək və nəticədə Rusiya bu və ya digər şəkildə hərbi qələbə qazanacaq.

Xatırladaq ki, noyabrın 11-də Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Dublinə səfər edib.