Bolqarıstan Ukraynaya silah və maliyyə yardımı göstərməyəcək

Bolqarıstan ordunun ehtiyatlarından Ukraynaya silah və sursat tədarükünü dayandıracaq.

Bunu ölkənin Baş naziri Rumen Radev bildirib.

"Sofiyanın Kiyevə maliyyə yardımı göstərmək imkanı da yoxdur. Buna səbəb ölkənin maliyyə vəsaitlərinin məhdud olmasıdır",- o qeyd edib.