Ermənistanın baş naziri Nikol Paşinyan dekabr ayında danışıqlar üçün Rusiyaya üç dəfə səfər etməyi planlaşdırdığını bəyan edib.
Moderator.az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Paşinyan Dublin Beynəlxalq və Avropa Münasibətləri Məsələləri İnstitutunda çıxışı zamanı məlumat verib.
"Dekabr ayında mən 3 dəfə Rusiyada olacağam, üç səfər: 3 dekabr, 11 dekabr və 22 dekabr tarixlərində danışıqlar üçün Rusiyaya ziyarət edəcəyəm və ümid edirəm ki, Rusiya ilə münasibətlərimizdə dostluq atmosferini qoruyub saxlaya biləcəyik", - deyə o bildirib.