Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyənin Antalya şəhərindəki oteldən götürüb İrlandiyaya apardığı bananı cibində İrəvana gətirib.
Paşinyanın bananla görüntüləndiyi video sosial şəbəkələrdə yayıldıqdan sonra müzakirələrə səbəb olub.
Lakin sosial şəbəkə istifadəçilərinin diqqətini çəkən təkcə banan olmayıb. Paşinyanın şəhərin adını aydın şəkildə “Erevan” kimi tələffüz etməsi internetdə erməni izləyicilər arasında narazılıq dalğası yaradıb.
Baş nazirin bu tələffüzü sosial şəbəkələrdə geniş müzakirə olunur. Baş nazirin hərəkətlərindən hiddətlənən bəzi ermənilər onu təlxəklikdə ittigam ediblər.
"Biabırçılıqdı cənab baş nazir, özünü ölkə başçısı kimi apar. Sən təlxək olmusan", - deyə izləyicilərdən biri yazıb.
Digər sosial şəbəkə istifadəçisi isə Baş nazirin videopaylaşımına "Ayıb olsun sənə! Bu nə biyabırçı davranışdır, utanıram ki, sən mənim ölkəmin simasısan!" qeyd edib.
A.Qorxmaz