Millimiz Lixtenşteynə qalib gəldi - Qrupda 1-ci yeri tutdu - VİDEO

Ötən gecə UEFA Millətlər Liqasında V turun oyunları keçirilib.

Azərbaycan millisi səfərdə Lixtenşteynlə qarşılaşıb.

D Liqasının II qrupunda keçirilən görüş millimizin qələbəsi ilə nəticələnib. Komandamızın 1:0 hesabı ilə qalib gəldiyi oyunda yeganə qolu Mahir Emreli vurub.

Bu qələbədən sonra Azərbaycan topladığı 8 xalla qrupda birinci pillədəki mövqeyini qoruyub. Litva 4 xalla ikinci, Lixtenşteyn 1 xalla sonuncudur. Qrupda sonuncu oyun noyabrın 16-da Litvada baş tutacaq. Həmin gün meydan sahibləri Lixtenşteyni qonaq edəcək.

UEFA Millətlər Liqası

13 noyabr

Lixtenşteyn – Azərbaycan - 0:1