ABŞ-ın Luiziana ştatının Nyu-Orlean şəhərində Missisipi çayında “Atlantic Asphalt” tankeri “American Heritage” sərnişin gəmisi ilə toqquşub.
Xarici mediaya istinadən, qəza zamanı kruiz gəmisində 130-dan çox sərnişin olub. Hadisə yerinə xilasedicilər və sahil mühafizəsinin əməkdaşları cəlb olunub.
Hadisə nəticəsində 32 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib. Nyu-Orlean meri Helena Moreno yaralıların vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Qeyd edək ki, toqquşmadan sonra içərisinə su dolan kruiz gəmisi çevrilib. Qəzanın səbəbləri araşdırılır.