Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi

Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Qəza köhnə Bakı-Astara magistralının Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, hərəkətdə olan motosikletlə "Atego" markalı yük avtomobili toqquşub.

Toqquşma nəticəsində motosikletin sürücüsü - 2000-ci il təvəllüdlü, Biləsuvar rayon sakini Elşən Şahmarlı aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.