Şamaxıda yol qəzasında azyaşlı xəsarət alıb

Şamaxıda avtomobil qəzası baş verib.

Hadisə rayonun Göylər kənd yolunda qeydə alınıb.

Hadisə nəticəsində 2017-ci il təvəllüdlü uşaq xəsarət alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.