Şamaxıda maşının vurduğu uşaq ağır vəziyyətdədir

Şamaxıda yol qəzası baş verib.

Lent.az-ın xəbərinə görə, xəbər verir ki, hadisə rayonun Göylər kənd yolunda qeydə alınıb.

Hadisə nəticəsində 7 yaşlı uşaq yaralanaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.