1724-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1724-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 287 220 PUA-sı, 672 zenit-raket kompleksi, 31 632 tank və digər zirehli texnikası, 1 796 reaktiv yaylım atəş sistemi, 36 923 artilleriya və minaatanı, 77 112 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.