Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizi xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmış şanlı gün
– Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm. Bu tarixi Qələbəni Sizin məqsədyönlü siyasətiniz, möhkəm iradəniz, qətiyyətiniz, cəsarətli addımlarınız sayəsində qazanmışıq.
Cənab Prezident, Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bu günlərdə imzaladığınız Sərəncama əsasən məni Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq gördüyünüzə görə Sizə sonsuz minnətdarlığımı bildirirəm. Bu, sadə əməyimə verilən ən yüksək qiymətdir.
Sizə, xanım Mehriban Əliyevaya və bütün ailə üzvlərinizə uzun ömür, cansağlığı, Vətən və xalq naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Uca Allah Sizi və Azərbaycanımızı qorusun!
Hörmətlə,
Əhməd Məmmədov,
Azərbaycan Respublikası, Gəncə şəhəri.