Dublində keçirilən Zirvə Toplantısı Azərbaycanın Avropa ilə münasibətlərinin strateji mahiyyətini, ölkəmizin qitənin enerji təhlükəsizliyində, iqtisadi əməkdaşlığında və regional sabitliyin möhkəmləndirilməsində qazandığı mövqenin əhəmiyyətini daha aydın nümayiş etdirdi. Bu baxımdan Prezident İlham Əliyevin noyabrın 12-də Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında iştirakı Azərbaycanın Avropa məkanında möhkəmlənən mövqeyinin mühüm diplomatik ifadəsidir. Zirvə Toplantısının gündəliyi ilə Azərbaycanın həyata keçirdiyi strateji layihələr arasındakı uyğunluq xüsusi diqqət çəkir. Enerji təhlükəsizliyi, iqtisadi rəqabətqabiliyyətlilik, nəqliyyat bağlantıları və regional sülh məsələlərinin vahid platformada müzakirəsi ölkəmizin beynəlxalq əməkdaşlıqdakı rolunun çoxşaxəli xarakterini nümayiş etdirir.Bu sözləri Milli Məclisin deputatı Rövşən Muradov Oxu24.com-a açıqlamasında bildirib.Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin Zirvə Toplantısı çərçivəsində səsləndirdiyi enerji göstəriciləri Azərbaycanın Avropa üçün strateji əhəmiyyətinin konkret iqtisadi əsaslara söykəndiyini təsdiqləyir. 2022-ci ildə Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumundan sonra ölkəmizin İttifaqa təbii qaz ixracının 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksəlməsi 62,5 faizlik artım deməkdir. Hazırda Azərbaycanın Avropa İttifaqının 10 üzv dövlətini qazla təchiz etməsi ölkəmizin enerji bazarında etibarlı tərəfdaş mövqeyini gücləndirir. Bununla yanaşı, Bakıdan İtaliyaya uzanan qaz nəqli sisteminin tam yüklənməsi göstərir ki, növbəti mərhələdə ixracın artırılması hasilat potensialı ilə yanaşı, ötürücü infrastrukturun genişləndirilməsindən və yeni investisiyaların cəlbindən asılı olacaq.Məhz bu məqam Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşünün iqtisadi mahiyyətini daha aydın göstərir. Uzunmüddətli enerji müqavilələrinin və maliyyələşdirmə mexanizmlərinin yenidən nəzərdən keçirilməsi məsələsi enerji əməkdaşlığının gələcək dayanıqlılığı baxımından prinsipial əhəmiyyət daşıyır. Çünki iri enerji layihələrinin həyata keçirilməsi uzunmüddətli bazar təminatı, investisiya risklərinin səmərəli bölüşdürülməsi və maliyyə resurslarına çıxış tələb edir. Eyni zamanda, bərpaolunan enerjinin Avropa bazarına ixracı üzrə əldə olunmuş razılaşmalar Azərbaycanın enerji siyasətində yeni inkişaf mərhələsinin formalaşdığını göstərir. Ənənəvi enerji resursları ilə yaşıl enerji potensialının qarşılıqlı tamamlanması ölkəmizin uzunmüddətli iqtisadi maraqlarına xidmət etməklə Avropanın enerji mənbələrinin şaxələndirilməsinə də əlavə imkanlar yaradır.Rövşən Muradov vurğulayıb ki, Dublin səfərinin mühüm siyasi nəticələrindən biri Azərbaycan ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsidir. Bu sənəd otuz ildən artıq davam edən enerji əməkdaşlığının daha geniş iqtisadi və institusional müstəviyə keçməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Müdafiə və təhlükəsizlik, ticarət və investisiya, təhsil və innovasiya istiqamətlərini əhatə edən tərəfdaşlıq qarşılıqlı münasibətlərin gələcək inkişafı üçün sistemli əsas formalaşdırır. Böyük Britaniyanın Azərbaycanda Avropadan ən böyük investor olması nəzərə alındıqda, əməkdaşlığın yüksək texnologiyalar, süni intellekt, yaşıl maliyyələşdirmə və elmi tədqiqatlar sahələrinə genişləndirilməsi iqtisadiyyatımızın şaxələndirilməsi baxımından mühüm perspektivlər açır. Xüsusilə illik strateji tərəfdaşlıq görüşlərinin keçirilməsi barədə razılaşma əməkdaşlığın davamlı institusional mexanizmlərlə müşayiət olunmasına imkan verəcək.Deputat qeyd edib ki, səfərin digər mühüm istiqaməti Cənubi Qafqazda formalaşan yeni siyasi və iqtisadi münasibətlər sistemidir. Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalardan irəli gələn sülh gündəliyinin praktiki müstəvidə inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. TRIPP layihəsi, sərhədlərin delimitasiyası, nəqliyyat əlaqələrinin bərpası və iqtisadi-ticari əməkdaşlıq üzrə müzakirələr regionda qarşılıqlı maraqlara əsaslanan yeni münasibətlər üçün zəmin yaradır. Ötən ilin noyabrından etibarən Azərbaycan ərazisindən Ermənistana 105 min ton yükün daşınması iqtisadi əlaqələrin bərpası istiqamətində artıq ilkin praktiki nəticələrin əldə olunduğunu göstərir. Transsərhəd su ehtiyatlarının birgə idarə olunması və elektrik şəbəkələrinin gələcək əlaqələndirilməsi məsələləri isə sülh prosesinin iqtisadi, ekoloji və infrastruktur ölçülərinin genişləndiyini nümayiş etdirir.Bu proseslərdə Orta Dəhlizin inkişafı və Naxçıvan dəmir yolu layihəsinin müzakirəsi xüsusi geoiqtisadi məzmun daşıyır. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat istiqamətlərində mövcud potensialı ölkəmizin beynəlxalq ticarət sistemində əhəmiyyətini artırır. Yeni bağlantıların yaradılması tranzit imkanlarının genişlənməsinə, logistika xidmətlərində əlavə dəyərin formalaşmasına və regional bazarlar arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə şərait yarada bilər. Burada əsas strateji məqsəd Azərbaycanın coğrafi üstünlüklərini yüksək səmərəliliyə malik nəqliyyat, ticarət və investisiya infrastrukturuna çevirməkdir.Rövşən Muradov əlavə edib ki, bütün bu məqamlar Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin mühüm xüsusiyyətini ortaya qoyur. Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, iqtisadi əməkdaşlıq və regional sülh istiqamətlərində öz milli maraqlarına əsaslanan, eyni zamanda beynəlxalq tərəfdaşlar üçün qarşılıqlı fayda yaradan siyasət yürüdür. Dublin Zirvə Toplantısında aparılan müzakirələr və əldə olunan razılaşmalar da bu siyasətin diplomatik əhatəsini və iqtisadi perspektivlərini genişləndirir. Azərbaycanın strateji üstünlüyü məhz ondadır ki, ölkəmiz öz siyasi müstəqilliyini qorumaqla iqtisadi imkanlarını beynəlxalq əməkdaşlığın real mexanizmlərinə çevirir, regional sabitliyin möhkəmlənməsinə töhfə verir və Avropanın gələcək enerji və nəqliyyat təhlükəsizliyinin formalaşmasında fəal iştirak edir.
Bu gün
2577 xəbər bu gün
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev ləğv olunmuş Tərcümə Mərkəzinin yerləşdiyi binanın yenidən mədəniyyət ocağı kimi istifadəyə verilməsi və quruma aid olmuş büdcənin AYB-yə ödənilməsini istəyib.
Масштабная война в Европе при поддержке со стороны североамериканских союзников приведет к резкому увеличению расхода авиационного керосина.
Излишние налоговые выплаты в бюджет страны к октябрю выросли на 14,2% .
Агентство выразило серьезную обеспокоенность отсутствием доступа к ядерным объектам и призвало как можно скорее возобновить инспекции в стране.
Чехия и Азербайджан рассматривают возможности расширения сотрудничества в сфере авиации, включая поставки чешских самолетов L-39NG. Об этом заявил журналистам премьер-министр Чехии Андрей Бабиш в Дублине,...
Азербайджанский кикбоксер Эдуард Мамедов завоевал две золотые медали на чемпионате Европы в Скопье. Как передает Day.Az, на континентальном первенстве по версии WAKO, организованном с 7 по 14 ноября, представитель…
Azərbaycan kikboksçusu Eduard Məmmədov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa çempionatında iki qızıl medal qazanıb.
В Азербайджанском государственном академическом национальном драматическом театре начались репетиции нового спектакля "Кяманча 20/20", поставленного по мотивам одноименной пьесы выдающегося азербайджанского писателя и…
Mədəniyyət sahəsində maliyyə və digər problemlərin həlli, layihələrin düzgün istiqamətləndirilməsi üçün Mədəniyyət və Maliyyə nazirlikləri ziyalıların, sənət adamlarının fikirlərini mütəmadi öyrənməli və onların…
Министерство иностранных дел Азербайджана выразило соболезнования в связи с крупным дорожно-транспортным происшествием, произошедшим в эмирате Фуджейра Объединенных Арабских Эмиратов (ОАЭ). Как передает Day.Az, об этом…
Qəza
Vüqar Bayramov
Saymon Stil
Britaniyalı həkim İsrailin Nasser xəstəxanasına endirdiyi zərbənin nəticələrini göstərib / TRT Azerbaycan
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3 milyard 462,5 milyon manatlıq avtomobil yanacağı satılıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Bu, 2025-ci ilin…
Astroloqların proqnozlarına görə, yaxın dövrdə bəzi bürclər üçün maliyyə baxımından uğurlu günlər gözlənilir. Onları əlavə gəlir imkanları, gözlənilməz qazanc və maddi rahatlıq sevindirə bilər.BuğaBuğa bürcləri yaxın…
İranda dərinləşən iqtisadi böhran, artan yaşayış xərcləri, aşağı əməkhaqları və yığılıb qalan borclar vətəndaşları çıxılmaz vəziyyətə salıb. Paytaxt Tehran küçələrində böyrəyini, qaraciyər toxumasını və sümük iliyini…
Dünya maliyyə bazarlarında investorların istiqaməti dəyişir. Son bir həftə ərzində qlobal səhm fondlarına 50,99 milyard dollar xalis investisiya daxil olub. Bunun böyük hissəsi Avropa fondlarının payına düşüb…
Bu ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 57 milyard 523,4 milyon manatlıq, o cümlədən 31 milyard 58,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard 464,8…
Azərbaycan kikboksçusu Eduard Məmmədov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa çempionatında iki qızıl medal qazanıb. Noyabrın 7-dən 14-dək təşkil olunan WAKO versiyası üzrə qitə birinciliyində Azərbaycan…
Təsviri sənət sahəsində sərgilərin təşkili və rəssamların iştirakı üçün Mədəniyyət Nazirliyinin büdcəsində ayrıca maliyyə vəsaiti nəzərdə tutulmalıdır. Bunu Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov…
Turun Lvovda keçirilən mərkəzi oyununda “Dinamo” “Şaxtyor”u qəbul etdi. Qarşılıqlı hücumlar şəraitində keçən ilk yarının sonlarında üç real qol vəziyyəti yarandı. Kiyevlilərdən Voloşin Riznıkla təkbətək mübarizədə…
Dublində keçirilən Zirvə Toplantısı Azərbaycanın Avropa ilə münasibətlərinin strateji mahiyyətini, ölkəmizin qitənin enerji təhlükəsizliyində, iqtisadi əməkdaşlığında və regional sabitliyin möhkəmləndirilməsində…
Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Füceyrə əmirliyində baş verən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə nazirliyin rəsmi "X" sosial şəbəkə hesabında paylaşım edilib…
Son dövrlərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan diplomatik təmaslar regionda sülh perspektivlərini yenidən gündəmə gətirib. Tərəflər arasında sülh prosesinin…
Jurnalist Hikmət Sabiroğlu hesab edir ki, yas məclislərində yemək verilməsini yığışdırmağın yeganə yolu buna rəsmən qadağa qoymaqdır. Yasda yemək ehsanından gil...
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və…
Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə...
"Mən çox istərdim ki, bugünkü müzakirədə Maliyyə Nazirliyinin də nümayəndəsi olsun, çünki maliyyə məsələsi üzə çıxanda Mədəniyyət Nazirliyinin edəcəyi bir şey olmur". Bunu Bakı Musiqi...
Rusiyalı MMA döyüşçüsü Usman Nurməhəmmədovun Əbu-Dabidə Merab Dvalişvili ilə baş verən insidentə görə altı ay müddətinə azadlıqdan məhrum edildiyi bildirilir.
Bunu Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Xalq artisti Fərhad Bədəlbəyli Milli Məclisin Mədəniyyət Komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli…
Mədəniyyət Nazirliyi davamlı şəkildə ziyalılarla məsləhətləşmələr aparmalıdır. Bunu Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Milli Məclisin Mədəniyyət komitəsinin "Prezident İlham Əliyevin VII…
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 560,4 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. "Report"un Dövlət Statistika Komitəsinə…
Dövlət teatrlarında bədii rəhbər, baş rejissor kimi vəzifələr bərpa edilməlidir. Bunu teatr tənqidçisi, teatrşünas, əməkdar incəsənət xadimi İlham Rəhimli Milli Məclisin Mədəniyyət komitəsinin "Prezident İlham Əliyevin…
Mənzil kirayəsi ilə bağlı mübahisələr son illər vətəndaşların tez-tez qarşılaşdığı hüquqi məsələlərdən birinə çevrilib. Kirayə haqqının vaxtında ödənilməməsi, müqavilə müddətinin…
“Nikol Paşinyan özünə nəzarəti itirib. Məhz buna görə də, Əliyevin tələsinə düşərək, onun əsirinə çevrilib”. Bu…
Noyabrın 16-dan 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq. Tribuna.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir…
“Azərlotereya” ASC-yə məxsus olan “Misli” idman mərc oyunları (totalizator) və lotereya brendinin fəaliyyəti ilə bağlı redaksiyamıza şikayət daxil olub. Adının…
“TRIPP müqaviləsindəki “maneəsiz” sözü əhalimiz üçün “tələ”dir”. Bu iddia ilə erməni ekspert Areg Savgulyan çıxış edib.…
Ailə üzvləri ilə istirahət məqsədilə Türkiyənin Bodrum bölgəsinə səfər edən Azərbaycan vətəndaşı səyahət sığortası ilə ciddi problem yaşayıb. Tribuna.az bildirir…
Süni intellekt bazarının ən böyük oyunçularından biri olan Nvidia ciddi qalmaqalla üzləşib. Şirkətin həmtəsisçisi və baş icraçı direktoru (CEO) Jensen…
Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov ötən gün Lixtenşteynlə oyunöncəsi keçirilən mətbuat konfransındakı atmacalı cavabı ilə diqqət çəkib. Tribuna.az xəbər verir ki,…
Ermənistan və Kipr milli komandaları arasında İrəvanda keçirilən oyunda təxribata yol verilib. Tribuna.az bildirir ki, stadionda qondarma “artsax”ın əski parçası…
İngiltərənin “Mançester Yunayted” klubunun yeni baş məşqçisi müəyyənləşib
"Azərbaycanda dövlət teatrlarında bədii rəhbər, baş rejissor kimi vəzifələr bərpa edilməlidir"