“Bu gün mədəniyyətimizi yüksək səviyyədə dünyaya təqdim eləyə bilməmişik”.
Bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev Milli Məclisin Mədəniyyət komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda bu gün keçirdiyi ctimai müzakirə zamanı deyib.
"Bəzən xarici turistlərin Bakı haqqında danışdıqlarını dinləyirəm. Onlar deyirlər ki, İçərişəhərə getdik, "Briliant əl" filminin çəkildiyi yeri gördük, lüləkabab çox dadlıdır, şəkərbura ondan da dadlıdır. Azərbaycan bu deyil axı", - deyə o qeyd edib.
Sədr bildirib ki, elə etməliyik ki, gələn turistlər muzeylərimizin növbəsində dayansınlar, konsert salonlarımızı doldursunlar, bizim kitablarımızı oxusunlar.
Günay Şahmar, Bizim.Media