Həştərxanda orta məktəbə Heydər Əliyevin adının verilməsinin 15 illiyi qeyd olundu - Foto

Rusiyanın Həştərxan vilayətində 11 saylı tam orta ümumtəhsil məktəbinin əsaslı yenidən qurulmasının və bu təhsil müəssisəsinə xalqımızın ümummilli lideri, müasir və qalib Azərbaycanın memarı Heydər Əliyevin adının verilməsinin 15 illiyinə həsr olunmuş tədbirlər keçirilib.