Azərbaycanda sənaye istehsalı azalıb, qeyri-neft-qaz sənayesi isə böyüyüb

Sənaye sektorunda 2026-cı ilin yanvar-oktyabr aylarında 58,5 milyard manat məbləğində məhsul istehsal olunmuşdur. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,7 faiz azdır.

DSK istinadən, neft-qaz sektorunda sənaye istehsalı 1,7% azalaraq 40 milyard 38,9 milyon manat təşkil edib. Qeyri-neft-qaz sektorunda isə istehsal 4,8% artıb və 18 milyard 500,7 milyon manata çatıb.

Mədənçıxarma sənayəsi keçən ilin eyni dövrü ilə müqayisədə 1.3% azalsa belə, ümumi sənaye istehsalının 61.6% təşkil edir.

Ümumi sənaye istehsalının 32,5%-i emal sənayesinin payına düşüb ki, emal sənayesində 2,7% artım müşahidə olunmuşdur. İstehsal olunan məhsulların və göstərilən sənaye xarakterli xidmətlərin dəyəri 18 milyard 995 mln manat olub.

Emal sənayesi daxilində ən yüksək artım 77,2% ilə avtomobil, qoşqu və yarımqoşqu istehsalında olmuşdur. Toxuculuqda 50,9% və əczaçılıq məhsullarının istehsalında 47,4% qeydə alınıb. Tütün məmulatlarının istehsalı 15,1%, kağız və karton istehsalı 14,6%, qida məhsullarının istehsalı isə 5,4% artıb.

İstehsalın dəyərinə görə emal sənayesində ən böyük pay neft məhsullarının 27,1% və qida məhsullarının 23,1% istehsalına düşüb. Bu iki sahə birlikdə emal sənayesində məhsul və xidmətlərin ümumi dəyərinin yarısını təşkil edib.