Bakı, 12 noyabr, AZƏRTAC Pirşağı qəsəbəsi və bağlarını "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 173A və 173B nömrəli müntəzəm marşrut avtobusları yenilənir.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, noyabrın 13-dən marşrut xətləri üzrə ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən avtobuslar sərnişinlərə xidmət edəcək.Hər bir marşrut üzrə 6 avtobus fəaliyyət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,65 AZN müəyyən edilib.