Paşinyan: Türkiyə ilə dəmir yolunun bərpası və sərhədlərin açılması üzərində işləyirik

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün nəticələrini müsbət qiymətləndirib.

Bu barədə o, Türkiyənin “TRT World” telekanalına danışıb.

“Prezident Ərdoğanla olduqca müsbət görüş keçirdik. Müsbət dialoq baş tutdu, gələcəkdə münasibətlərimizin inkişafını gözləyirik. İndi ölkələrimiz arasında dəmir yolunu bərpa etməli və yenidən açmalıyıq. Bu istiqamətdə çalışırıq”, - Paşinyan bildirib.

Türkiyə və Ermənistan liderləri arasında görüş dünən COP31 çərçivəsində Antalyada baş tutub.