ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Kiyev, Moskva və Vaşinqton arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqların Ukrayna müharibəsinin sülh yolu ilə həllini yaxınlaşdıracağına ümid etdiyini bildirib.
Bu barədə o, Rusiyada jurnalistlərə danışıb.
“Ümid edirəm, belə olacaq”, - Uittkoff jurnalistlərin Əbu-Dabi görüşünün müharibənin sülh yolu ilə həllini yaxınlaşdırıb-yaxşılaşdırmadığı ilə bağlı suallarını cavablandırarkən qeyd edib.
ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşner Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün bu gün Moskvaya gəlib.
Ukrayna-ABŞ-Rusiya üçtərəfli danışıqları noyabrın 10-11-də BƏƏ-nin Əbu-Dabi şəhərində keçirilib.