Avropanın tələbi Gürcüstanı məhv edə bilər - Kaladze

Rusiyaya qarşı sanksiyaların Gürcüstan iqtisadiyyatına dağıdıcı təsir göstərəcəyini anlayan AB nümayəndələri hələ də Tiflisin onları tətbiq etməsini tələb edir və bunu etməkdən imtina etdiyinə görə tənqid edirlər.

Bunu hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi və Tiflis meri Kaxa Kaladze "İmedi TV"yə verdiyi müsahibədə deyib.

"Bizə "Biz sizin ölkənizin dostuyuq və sizə uğurlar arzulayırıq. Biz sizin uğurlu ölkə olmağınızı istəyirik" deyirlər. Eyni zamanda ölkəmiz üçün dağıdıcı olacaq və iqtisadiyyatınızı məhv edəcək şeylər istəyirlər. Mən sanksiyalara qoşulmadığımız üçün bizi tənqid edən qətnamələri nəzərdə tuturam", - Kaladze bildirib.