Bakı, 12 noyabr, AZƏRTAC Peşəkar balet artisti tamaşaçının səhnədə gördüyü yüngüllük və gözəlliyə nail olmaq üçün böyük zəhmət sərf edir. Bu, gündəlik əməyin nəticəsidir. Yüksək nəticəyə yalnız əzmkarlıq və işə bütün gücünü sərf etmək sayəsində nail olmaq mümkündür.Bunu Xalq artisti, balet truppasının rəhbəri vəzifəsini icra edən Gülağası Mirzəyev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.Onun sözlərinə görə, çətinliklər təlimə başladığı ilk gündən səhnə fəaliyyətini başa vurduğu vaxta qədər artisti müşayiət edir. Bu çətinliklərin bir çoxu pərdə arxasında qalır. Çünki tamaşaçıya, ilk növbədə, balet sənətinin gözəlliyi təqdim olunur. “Çıxışa hazırlaşarkən eyni hərəkət kombinasiyalarını dəfələrlə təkrarlamaq lazım gəlir. Buna görə də tamaşayadək qüvvəni tam bərpa etmək həmişə mümkün olmur. Belə anlarda məsuliyyət hissi və artistin sanki səhnədən aldığı enerji köməyə çatır. O, başa düşür ki, tamaşaçıları məyus etməyə haqqı yoxdur”, – deyə G.Mirzəyev bildirib.O, həmçinin mürəkkəb xoreoqrafik quruluşun mənimsənilməsi üçün tələb olunan vaxtın həm nömrənin xüsusiyyətlərindən, həm də ifaçının imkanlarından asılı olduğunu deyib. “Bir artist hər hansı partiyanı asanlıqla mənimsəyə bilər və bunun üçün ona bir neçə həftə kifayət edər. Digər artist isə həmin məqsədə illərlə çalışaraq nail olar. Nömrə nə qədər mürəkkəbdirsə, onun hazırlanmasına bir o qədər çox vaxt tələb olunur”, – deyə müsahibimiz izah edib. G.Mirzəyevin sözlərinə görə, balet artistinin peşəsində gündəlik rejimə riayət etmək vacibdir. Buraya müntəzəm məşqlər, düzgün qidalanma, istirahət və fiziki yüklənmədən sonra bədənin bərpası daxildir. Bundan başqa, artistlər peşələrinə görə çox vaxt şəxsi asudə vaxtlarından və bayram günlərindən imtina etməli olurlar. Çünki onların çıxışları tez-tez bayram günlərinə təsadüf edir.“Gündəlik rejim uğuru və peşəkar inkişafı müəyyən edir. Müntəzəm məşqlər daha da inkişaf etməyə kömək edir, düzgün qidalanma və istirahət isə fiziki formanı qorumaq və orqanizmin bərpası baxımından vacibdir. Tamaşaçıların asudə vaxtlarını teatrda keçirə bilmələri üçün artistlər tez-tez bayram günlərində də çalışırlar”, – deyə o qeyd edib.G.Mirzəyev gənc azərbaycanlı balet artistlərinin üzləşdiyi əsas problemlər sırasında güzəştli şərtlərlə pensiyaya çıxmaq məsələsinin həllini tapmamasını, əməkhaqlarının nisbətən aşağı olmasını, zədələrdən sonra reabilitasiya prosesində çətinlikləri və mənzil problemini göstərib.“Təəssüf ki, bizim peşədə zədələr qaçılmaz olur. Buna görə də artistlərin tam reabilitasiya keçmək imkanı olmalıdır. Mənzil məsələsi də aktuallığını qoruyur. Təxminən yarım əsr əvvəl dövlət artistləri mənzillə təmin edirdi və bu gün də onların yaşadığı həmin evlər mövcuddur”, – deyə o fikrini yekunlaşdırıb. Müsahibimizin sözlərinə görə, Azərbaycan balet məktəbi dünyanın bir çox digər balet məktəbləri kimi, rus baletinin ənənələri əsasında formalaşıb. Bu təməl ilk azərbaycanlı balerina Qəmər Almaszadəyə ölkədə balet sənətini yeni səviyyəyə yüksəltməyə imkan verib.“Bu gün Azərbaycan baleti özünəməxsusluğu, zərifliyi və temperamentliliyi ilə seçilir. Gənclərin bu peşəyə cəlb olunması üçün şərait yaratmaq və balet truppamızı xarici ölkələrdə daha fəal tanıtmaq vacibdir. Bu, dünyanı muğam və milli rəqslə yanaşı, Azərbaycanın daha bir sərvəti – balet sənəti ilə də tanış etməyə imkan verəcək”, – deyə G.Mirzəyev vurğulayıb. Müxbir – Günel Alıyeva
Bu gün
1556 xəbər bu gün
İstanbulda hamını şoka salan hadisə yaşanıb.
“Azərbaycanda təxminən 2500-ə yaxın məscid var. Amma bizim təyin edilmiş din xadimlərimizin sayı təxminən 1300 nəfərdir. Bu isə o deməkdir ki, təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir”. Bunu Dini Qurumlarla…
Qış yaxınlaşdıqca, evlərdə istilik sistemi əsas problemə çevrilir. Mərkəzi istilik siteminin, qazanxanaların hər binaya tətbiq olunmaması səbəbindən vətəndaşlar bəzi binalarda və fərdi evlərdə kombi quraşdırmağa…
Naxçıvanda parkdan donmuş vəziyyətdə olan kişi tapılıb. Hadisə şəhərin Təbriz küçəsində yerləşən Dədə Qorqud parkında qeydə alınıb. Məlumata görə, Culfa rayon sakini, 1986-cı il təvəllüdlü Rəşid Nizami oğlu Qəhrəmanov…
Ermənistanın baş naziri Nikol Paşinyanın Antalyada keçirilən COP31 sammitində iştirakı Türkiyə mətbuatının diqqət mərkəzində olub. Lakin bu dəfə Türkiyə mediasının yayımlarında iqlim müzakirələrinə deyil, Paşinyanın…
“Mədəniyyət sahəsi gələcəkdə Azərbaycanın əsas gəlir mənbələrindən birinə çevrilə bilər”. Bunu deputat Əlibala Məhərrəmzadə Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin…
“Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 2025-ci ildə dini qurumlara və müvafiq fonda 5,8 milyon manat, 2026-cı ildə isə 6,7 milyon manat maliyyə yardımı ayrılmışdı. Bu isə cari ildə 900 min…
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağı təqdirdə çox şey itirəcək. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib. Onun sözlərinə görə, İrəvan təşkilatda gələcək…
Dünya dəyişir. Bu dəyişiklik dövlətlərin sərhədlərində, siyasi münasibətlərdə, iqtisadi modellərdə və texnoloji imkanlarda görünür. Daha insanların düşüncə tərzi, informasiya istehlakı, bir-birinə münasibəti, peşələrə…
Azərbaycanda təyinat alan din xadimlərinin ən azı üçdə birinin nə ali, nə də orta ixtisas dini təhsili var. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib. Onun sözlərinə görə…
Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək. Bu barədəAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət…
Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC gənc iş adamlarına 6 milyon manatdan çox güzəştli kredit ayırıb. Bunu iqtisadiyyat nazirinin müavini Azər…
“44” filminin təqdim olunduğu gündən onu izləmək üçün səbirsizlənirdik. Nəhayət, uzun zamandır gözlədiyimiz gün gəlib çatmışdı. Biz də iki jurnalist olaraq filmi izləmək və kinoteatrlardakı ab-havanı yaxından müşahidə…
Bakı Apellyasiya Məhkəməsi atasının ölümü, dörd nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzasını törətməkdə təqsirli bilinən sürücüyə təyin edilmiş həbs cəzasını şərti tətbiq edib. Bakı Apellyasiya Məhkəməsinin…
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan “Trendyol” 2025-ci il ərzində dayanıqlılıq istiqamətində əldə etdiyi nəticələri, həyata keçirdiyi layihələri və…
“Xaricdə ölsəm, cənazəni Azərbaycana gətirən adam kafirdir. Cənazəm gəlməməlidir”. Bu sözləri şoumen, aktyor Sərxan Kərəmoğlu “Sevilən səhər” verilişində deyib. O, meyitinin yandırılmasını vəsiyyət edib: “Təyyarədə…
Elnarə Akimova Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü dövlətçilik tariximizin ən mühüm hadisələrindən birini, müstəqil Azərbaycanın hüquqi…
Televiziya efirində kənd təsərrüfatı sahəsində tətbiq edilməsi gözlənilən yeni qaydalar və bələdiyyələrin bu prosesdəki rolu ətrafında qızğın müzakirə aparılıb. Efirdəki müzakirə zamanı aparıcı ilə qonaq arasında ciddi…
"Dövlət başçılarının xarici ölkə liderlərini öz avtomobilləri ilə müşayiət etməsi diplomatik protokol qaydaları baxımından olduqca yüksək qiymətləndirilməli olan yanaşmadır. Çünki diplomatik protokola əsasən, bir ölkə…
"Klub və kitabxanalar hazırkı dövrdə həm də ideoloji mərkəz rolunu oynayır. Bu müəssisələrə yanaşmada əsas meyar yalnız qənaət olmalı deyil. Əsas prioritet ideoloji iş olmalıdır. Odur ki, sözügedən müəssisələrin…
Xəbər verdiyimiz kimi, general-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva dələduzluqda şübhəli bilinərək saxlanılıb. Redaktor.az "Unikal"a...
Noyabrın 10-da Almaniyada vəfat edən 83 yaşlı Əməkdar artist, bəstəkar Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Media, kommunikasiya və analitik təhlil şöbəsinin müdiri…
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə ölkə ərazisində meşə massivlərində ağacların…
Noyabrın 13-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı…
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən "Total Chess World Championship Tour Pilot 2026" turnirinin qrup mərhələsində ilk görüşlərinə çıxıb. C qrupunda mübarizə aparan…
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin fotoları ortaya çıxıb. Avtomobildə olanlar Şəmkir rayon, Qılıncbəyli kənd sakinləri Elgün Abbasov, Ruslan Səfərov və Eşqin Abbasov sinif yoldaşları olublar…
“Mercedes-Benz” şirkətinin Azərbaycandakı fəaliyyəti və Zəfər Günü ilə bağlı mövqeyi ətrafında daha maraqlı faktlar ortaya çıxıb. Tribuna.az-ın daha əvvəl apardığı…
Əli Mirəliyevi o qədər ərköyünləşdirdilər ki, Alim Qasımovu aşağalmaq məqamına gəlib çatdı. Əli Mirəliyevdə günah yoxdur. Belə səviyyəsiz və nitqi…
“İnşaat Konstruksiyaları” MMC aldığım mənzilimi ikinci şəxsə satıb. Bir ildən çoxdur ki, məhkəmələrdə qalmışam, amma heç bir nəticə yoxdur”. Tribuna.az…
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan “Trendyol” 2025-ci il ərzində dayanıqlılıq istiqamətində əldə…
Çin Prezidenti Si Cinpin Tayvanın materik Çinlə birləşdirilməsinin tarixi proses olduğunu və bunun qarşısının alına bilməyəcəyini…